Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirildi

  • Oxunub 855 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Fatimə Bayramovanın "Zorakılığa məruz qalan qadınların psixoloji xüsusiyyətləri" mövzusunda məruzəsi dinlənilib

 Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun Qadınlar Şurasında 25 Noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Müdafiə Günü münasibətilə dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova qadınlara qarşı zorakılığın qarşısının alınmasının müasir dövrün aktual məsələlərindən biri olduğunu qeyd etdi. Bidirdi ki, 1999-cu ildə BMT tərəfindən 25 Noyabr rəsmi olaraq “Qadın Zorakılığına Qarşı Beynəlxalq Müdafiə Günü” elan edilib. Bu tarix Mirabal bacılarının xatirəsinə həsr olunub və zorakılığa məruz qalan qadınlar adından bir çağırışdır.

 Daha sonra AMEA İqtisadiyyat İnstitutunun "İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri" şöbəsinin kiçik elmi işçisi Fatimə Bayramova "Zorakılığa məruz qalan qadınların psixoloji xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış etdi. Sonra mövzu ətrafında müzakirələr aparıldı. İnstitutun elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva qadınların təkcə ailə həyatında deyil, həmçinin bəzən cəmiyyətdə qarşılaşdıqları zorakılıq hallarından, qadın və kişi arasında fərqin qoyulmasından, gender bərabərliyi məsələlərindən bəhs edərək maarifləndirmə işinin vacib olduğunu vurğuladı. Digər çıxış edənlər də, qadın zorakılığına qarşı ən yaxşı mübarizənin maarifləndirmə işinin aparılması olduğu qeyd edildi, “Qadın zorakılığına yox deyirik!” çağırışı səsləndirildi (economics.com.az).