Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” və “Sənaye siyasəti və investisiya problemləri” şöbələri hesabat verdilər

  • Oxunub 710 dəfə

 Dekabrın 6-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında iki elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” və “Sənaye siyasəti və investisiya problemləri” şöbələrinin əməkdaşları hesabat verdilər.

 “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin müdiri, i.e.d., professor Şahbaz Muradov “Azərbaycan Respublikasında əhalinin təkrar istehsalının iqtisadi-demoqrafik problemləri” mövzusunda apardıqları tədqiqat işləri barədə ətraflı məlumat verdi. Sonra iqtisad üzrə fəlsəfə doktorları – Sevda Seyidova, Təranə Nəcəfova, Çingiz Baxış, Samirə Əhmədova və Rüfət Efendiyev apardıqları tədqiqatlarla bağlı məruzə etdilər.

 “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin əməkdaşlarının “Emal sənayesinin inkişafının sosial-iqtisadi problemləri və onların həlli istiqamətləri” mövzusunda apardıqları elmi-tədqiqat işlərinin də hesabatı dinlənildi. Şöbə müdiri, i.e.d., professor Tofiq Hüseynov əsas məruzə ilə çıxış etdi. Habelə şöbənin əməkdaşları – i.e.d., prof. Rauf Cəbiyev, i.f.d. Şahin Sadıqov və i.f.d. Tahir İbrahimov öz tədqiqat mövzuları üzrə məruzə etdilər (economics.com.az).