AMEA İqtisadiyyat İnstitutunda doktorluq imtahanları keçirilib
- Oxunub 911 dəfə
Doktorant və dissertantlar test üsulu ilə imtahan veriblər
Dekabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktorları, professorlar Akif Musayev, Gülşən Yuzbaşıyeva, Tərbiz Əliyev, Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, f-r.f.d. Gülsurə Mehdiyeva daxildirlər.
AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda 15 nəfər iştirak edib. Onlardan 13 nəfər imtahanı uğurla verib, 2 nəfər isə qeyri-kafi qiymət alıb. Kompüter proqramlarının tədbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantların özlərinə bəlli olur. İmtahan prosesində insan amili tamamilə aradan qaldırılıb (economics.com.az).