İqtisadiyyat İnstitutunda “Web of Science” bazasında məqalələrin nəşrinə dair seminar keçirilib
- Oxunub 927 dəfə
Fevralın 14-də AMEA İqtisadiyyat İnstitutunda elmi əməkdaşlar üçün “Clarivate Analytics” agentliyinin “Web of Science” məlumat platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminar keçirilib. Seminarda “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva “Web of Science” platformasının axtarış imkanları”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)” barədə danışıb.
Ekspert xaricdə fəaliyyət göstərən saxta elmi jurnallar, onların aşkarlanması və tələsinə düşməməyin yolları barədə geniş məlumat verib. Eyni zamanda, V.Kurmakayeva platformada tədqiqatçı profilinin yaradılması məsələsinə toxunub və bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün xüsusi əhəmiyyətini və istifadəçilər üçün bir çox imkanların mövcud olduğunu vurğulayıb (economics.com.az).