Professor Akif Musayevə Odlar Yurdu Universitetinin “Fəxri doktoru” adı verilib
- Oxunub 1042 dəfə
Martın 5-də Odlar Yurdu Universitetində “Elm aylığı” çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin “İqtisad elminin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, professor Akif Musayevə Odlar Yurdu Universitetinin “Fəxri doktoru” adı verilib. Tədbirdə Universitetin rektoru, professor Əhməd Vəliyev fəxri diplomu alimə təqdim edib.
Odlar Yurdu Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə professor Akif Musayev məruzəsində iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər, dünya ölkələrində gizli iqtisadiyyat və onun doğurduğu problemlər, maliyyə sektorunun real sektordan daha sürətli artımı, inkişaf etmiş ölkələrdə ÜDM-də xidmət sferasının payının maddi istehsaldan daha yüksək olması və onun müsbət və mənfi cəhətləri, rəqəmsal iqtisadiyyatın ölçülməsi və uçotunun aparılmasının çətinliyi, qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi və s. barədə danışıb. Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb (economics.com.az).