Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilmişdir

  • Oxunub 635 dəfə

 Aprelin 5-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə İnstitutun Fövqəladə Hallar Komissiyasının rəhbər heyətinin, mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilmişdir. Məşqin keçirilməsində məqsəd  xəbərdarlıq  sisteminin vəziyyətinin  yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olmuşdur.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, quruluşu, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat vermişdir. İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışmışdır.

 Məşq rəhbərinin xəbərdarlıq və toplanış məşqinin başa çatması barəsində göstərişindən sonra məşqin nəticələri təhlil edilmişdir. İnstitutda yaradılmış hərbiləşdirilməmiş 4 - rabitə, xilasetmə, tibb və yanğınsöndürmə dəstələrinin funksional vəzifələri geniş izah olunmuşdur. Aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilmişdir. Mülki Müdafiə qüvvələrinin daxili imkanlar hesabına lazımi əmlakla təmin olunması yolları barədə tövsiyyələr qeyd olunmuşdur. (economics.com.az).