İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda qalib gəldi
- Oxunub 1716 dəfə
Aprelin 22-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının açılışı olub. Tədbirdə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, şəhərciyin müdiri Bayram Babayev, Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Əliyev və gənc alimlər iştirak ediblər.
Turnir 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçiriləcək, oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə edilir.
Yarışlara AMEA İqtisadiyyat İnstitutunun futbol komandası da qatılıb. İlk görüşü AMEA Şamaxı Astrofizika Rəsədxanasının komandası ilə keçirən komandamız 11:5 hesabı ilə qalib gəlib.
Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!