Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası ikinci oyunda da qalib oldu

  • Oxunub 889 dəfə

 Aprelin 22-dən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatı keçirilir. 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçiriləcək oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə edilir.

 Yarışlara AMEA İqtisadiyyat İnstitutunun futbol komandası da qatılıb. Aprelin 25-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandası oyuna gəlmədiyinə görə onlara texniki məğlubiyyət verilib, komandamız 5:0 hesabı ilə qalib elan olunub. 

 Xatırladaq ki, ilk görüşü AMEA Şamaxı Astrofizika Rəsədxanasının komandası ilə keçirən komandamız 11:5 hesabı ilə qalib gəlmişdi.

 Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!