Futbol komandamız 1/4 finala çıxdı
- Oxunub 666 dəfə
Aprelin 22-dən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatı keçirilir. 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçiriləcək oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə edilir.
Yarışlara AMEA İqtisadiyyat İnstitutunun futbol komandası da çox fəal qatılıb. Aprelin 29-da AMEA Memarlıq və İncəsənət İnstitutunun komandası oyuna gəlmədiyinə görə onlara texniki məğlubiyyət verilib, komandamız 5:0 hesabı ilə qalib elan olunub. Beləliklə də AMEA İqtisadiyyat İnstitutunun futbol komandası 1/4 finala yüksəlib.
Xatırladaq ki, komandamız AMEA Şamaxı Astrofizika Rəsədxanasının komandasına 11:5, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.
Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!