Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Müasir elmi jurnalların idarə edilməsi: nəzəriyyə və praktika" adlı təlim keçirilib

  • Oxunub 653 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının məsul katibi, i.f.d., dos. Yaşar Məmmədov və “Elmi əsərlər” toplusunun məsul katibi Gülnarə Məmmədova “Clarivate Analytics”in təşkil etdiyi "Müasir elmi jurnalların idarə edilməsi: nəzəriyyə və praktika" adlı təlimdə iştirak ediblər.

 Təlim AMEA institutlarının elmi jurnallarının elmi və praktik səviyyələrinin daha da yüksəldilməsi və yüksək reytinqli elmi jurnallar sırasına daxil edilməsi ilə bağlı mövzulara həsr edilmişdir. “Web of Science” jurnallarının tələblərinə uyğun Azərbaycanın elmi jurnallarının inkişafı da təlimdə əsas müzakirə obyekti olmuşdur. Tədbirin sonunda təlimin iştiakçılarına sertifikatlar verilmişdir (economics.com.az).