Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda doktorluq imtahanları keçirilib

  • Oxunub 766 dəfə

 Mayın 8-də AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. AMEA-nın müxbir üzvü, professor Akif Musayevin sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktoru Fuad Qənbərov, i.f.d. Allahyar Muradov və f-r.f.d. Gülsurə Mehdiyeva daxildirlər.

 AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda 11 nəfər iştirak edib. Onlardan 9 nəfər imtahanı uğurla verib, 2 nəfər isə qeyri-kafi qiymət alıb.  Kompüter proqramlarının tədbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantların özlərinə bəlli olur. İmtahan prosesində insan amili tamamilə aradan qaldırılıb (economics.com.az).