Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası “AMEA-nın gənc alimlərinin VI futbol çempionatı”nın qalibi oldu

  • Oxunub 873 dəfə

 Mayın 15-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.

  Çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun komandaları finalda yarışıblar. İqtisadiyyat İnstitutunun futbol komandası əzmkar mübarizə apararaq 4:3 hesabla çempionatın qalibi olub. Çempionatın III yeri uğrunda mübarizə aparan AMEA Neft-Kimya Prosesləri və Fizika institutlarının komandaları qarşılaşıblar. Bu yarışmada 13:3 hesablı nəticə ilə Fizika İnstitutunun komandası qələbə qazanıb.

 Akademiya Şəhərciyində baş tutan yarışdan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İşlər İdarəsinin müdiri, professor Fətəli Abdullayev, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov iştirak ediblər.

 Çempionatın qalibi adını qazanan AMEA-nın İqtisadiyyat İnstitutunun  komandasına qızıl medallar, ikinci yerin sahibi Geologiya və Geofizika İnstitutunun komandasına gümüş, üçüncü yeri tutmuş Fizika İnstitutunun komandasına isə bürünc medallar,  həmçinin diplom və pul mükafatları verilib.

 Fotoqalereya