Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları “İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfransda çıxış ediblər

  • Oxunub 776 dəfə

 Mayın 16-17-də AR Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “İdarəetmədə multikultural dəyərlər” mövzusunda IV respublika elmi konfransı keçirilmişdir.

  Konfransda AMEA İqtisadiyyat İnstitutunun üç əməkdaşı - “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Gülnar Səmədova “Azərbaycanda müalicəvi turizmin təhlili və qiymətləndirilməsi”, “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Kamran Abdullayev “Azərbaycan Respublikasında turizm sahəsinin ölkənin sosial-iqtisadi inkişafına təsiri məsələləri” və “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin elmi işçisi Akifə Ağayarova “Azərbaycanda miqrantların pul köçürmələrinin əsas xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış ediblər.

 Konfransın “Turizmin sosial-iqtisadi inkişafa təsiri” adlı 3-cü bölməsinin sədri dos. K.Abdullayev, sədr müavini isə dos. G.Səmədova təyin edilmişlər. AR Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi konfransda aktiv iştirak etdiklərinə görə AMEA İqtisadiyyat İnstitutunun adları çəkilən hər iki əməkdaşına “Təşəkkürnamə” təqdim etmişdir (economics.com.az).