Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçiriləcək

  • Oxunub 948 dəfə

 AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyyəsi ilə AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı iyunun 7-də saat 14:00-da “Açıq qapı” aksiyası keçiriləcək. AMEA İqtisadiyyat İnstitutunda (ünvan, Bakı ş., H.Cavid pr., 115. AMEA-nın əsas binası) nəzərdə tutulan aksiyada İnstitutun magistraturasında təhsil almaq istəyənlərlə görüş keçiriləcək, onları maraqlandırılan bütün suallar cavablandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.  AMEA İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri  (dövlət sifarişli) nəzərdə tutulub. Bunlar İqtisadiyyatın tənzimlənməsi; Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı; Makroiqtisadi siyasət və Əməyin iqtisadiyyatı ixtisaslarıdır.

 Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödəyənlər AMEA İqtisadiyyat İnstitutunun magistraturasında ixtisas seçmək imkanı əldə edəcəklər. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisas seçimini yerinə yetirməlidirlər.