Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri UNEC-də “Horizon-2020” proqramı ilə bağlı seminarda çıxış edib

  • Oxunub 777 dəfə

 Azərbaycan  Dövlət İqtisad Universitetində (UNEC) Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib. Seminarda UNEC-in müvafiq strukturlarının əməkdaşları iştirak edib.

 AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə “Horizon-2020” proqramının hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayevmaliyyə əlçatanlığı üzrə milli əlaqələndirici, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Rüfət Efendiyev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər. Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Yaşar Ömərov isə iştirakçılara “Horizon 2020” üzrə uğurlu layihələrdən bəhs edib.