İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradov UNEC-də elmi konfransda çıxış edib
- Oxunub 1195 dəfə
İyulun 9-dan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ömürboyu təhsil və liderlik” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iyulun 11-də davam etdirilib. UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib.
Konfransın panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov “Təhsilin fasiləsizliyinin iqtisadi və sosial faydaları” mövzusunda məruzə çıxış etmişdir.
Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.