Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri Çexiyada konfransda iştirak ediblər

  • Oxunub 830 dəfə

 Çexiyanın paytaxtı Praqa şəhərində “10th International Conference on Theory and Application of Soft Computing, Computing with Words and Perceptions” adlı beynəlxalq konfrans keçirilib.  Avqustun 27-28-də keçirilən, bir neçə ölkənin alimlərinin qatıldığı elmi konfransda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və institutun kiçik elmi işçisi Mirvari Qəzənfərli təqdimatla çıxış ediblər. Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.

 Qeyd edək ki, 2 ildən bir keçirilən konfrans bu dəfə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunub (economics.com.az).