Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Çinli alimlərlə görüş keçirilib

  • Oxunub 995 dəfə

 Sentyabrın 19-da Çin İctimai Elmlər Akademiyası Beynəlxalq İqtisadiyyat və Siyasət İnstitutunun (Çin İEA BİSİ) nümayəndə heyəti AMEA İqtisadiyyat İnstitutunda olub. Çin nümayəndə heyətinə Çin İEA BİSİ-nin baş elmi işçisi,  professor Şao Fen və elmi işçi Van Ley daxildirlər.

  AMEA İqtisadiyyat İnstitutunda qonaqlarla keçirilən görüşdə İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov, Elmi katib, i.f.d., dosent Rəsmiyyə Abdullayeva, şöbə müdirləri – i.e.d. Fuad Qənbərov, i.f.d., dosent Rüfət Efendiyev, i.f.d. Leyli Allahverdiyeva, aparıcı elmi işçi, i.f.d., dosent Aqil Eyvazov və gənc alimlər iştirak ediblər. Dəyirmi stol ətrafında keçirilən görüşdə Azərbaycanla Çin arasında elmi, mədəni və iqtisadi əməkdaşlıq məsələləri, birgə elmi layihələrin və tədbirlərin keçirilməsi imkanları, bu yaxınlarda Çində keçirilən Avrasiya İqtisadi Forumu – 2019 tədbiri müzakirə edilib. Prof. Nazim Müzəffərli AMEA İqtisadiyyat İnstitutunun əsas fəaliyyəti, yeni layihələri, Çinli alimlərlə birgə nəşr olunmuş və çapa hazırlanan nəşrlər barəsində məlumat verib.

 Çinli alimlərin ölkəmizə səfəri sentyabrın 24-dək davam edəcək (economics.com.az).