AMEA İqtisadiyyat İnstitutu “Əmək bazarı” işçi qrupunda təmsil olunur
- Oxunub 718 dəfə
Oktyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə beynəlxalq indekslərdə ölkəmizin əmək bazarı göstəricilərinin daha da yaxşılaşması üçün işlərin davam etdirildiyi qeyd olunub, bu istiqamətdə atılan icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Xüsusilə də ölkəmizin Qlobal Rəqabətlilik İndeksi, Qlobal İnnovasiya İndeksi, İqtisadi Azadlıq İndeksində mövqelərinin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb. Təbirdə iştirak edən işçi qrupunun üzvü, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva müzakirələrdə yaxından iştirak edib, təklif və tövsiyələrini diqqətə çatdırıb.
İclasda əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə peşə təhsili sisteminin təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, peşə təhsili üzrə ixtisas təsnifatının mütəmadi olaraq yenilənməsi, iş yerində təhsilin davam etdirilməsi məqsədilə fasiləsiz peşə təhsili sisteminin yaradılması məsələləri geniş müzakirə olunmuşdur (economics.com.az).