Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Yasamal rayon İcra Hakimiyyətində mülki müdafiə ilə bağlı tədbir keçirilib

  • Oxunub 595 dəfə

 Noyabrın 5-də Yasamal rayon İcra Hakimiyyətində “Mülkü müdafiə işinin təşkili sahəsində 2019-cu ilin yekunu, 2020-ci ilin qarşıda duran vəzifələri, əhalinin fövqəlada hadisələr zamanı təhlükəsizliyinin təmin olunmasında FHN və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilmişdir. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun fövqəladə hallar komissiyasının sədri Allahyar Muradov və İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Anar Babayev iştirak ediblər.

 Müşavirə zamanı çıxış edən Yasamal rayon Mülkü Müdafiə İdarəsinin rəisi İlqar Səfərov əhalinin, ərazinin təhlükəsizliyinin təmin olunması barədə məlumat vermişdir. Həmçinin FHN-nin bölmələri, dəstələrinin işinin əhəmiyyəti haqqında məruzələr dinlənilmişdir. Tədbirdə habelə məişətdə yanğın təhlükəsizliyi və s. fövqəladə hadisələrdən qorunması, mühafizəsi ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.