Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

  • Oxunub 653 dəfə

 Noyabrın 15-də AMEA Rəyasət Heyətinin xüsusi şöbəsinin tədbirlər planına uyğun olaraq İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə İnstitutun Fövqəladə Hallar Komissiyasının sədrliyi ilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirildi. Tədbirdə İnstitutun 4 manqası – xilasetmə, yanğınsöndürmə, tibbi-sanitar və rabitə manqalarının vəzifə borcları müzakirə olundu.

  İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığını vurğuladı, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında danışdı.

 İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.

Sonra Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilmiş, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə digər təşkilati tədbirlər görülmüşdür. Sonda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).