Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dövlət Gömrük Komitəsi sədrinin müavini: “AMEA İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq etməyə hazırıq”

  • Oxunub 1062 dəfə

 Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib

  Noyabrın 29-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, AMEA İqtisadiyyat İnstitutu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

 Komitə sədrinin müavini Cavad Qasımov "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı" üzrə görülmüş işlər barədə geniş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə olaraq, ticarətin asanlaşdırılması çərçivəsində görülən tədbirlər üzrə "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin nəticələri, məcburi qərarlar layihəsi,xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə idxal və ixrac rüsumları, o cümlədən prosedurlar və tələb olunan sənədlər barədə məlumatları özündə əks etdirən yeni portal, elektron gömrük xidmətlərindən mobil rabitə vasitələri ilə istifadə edilməsinə dair yeniliklər barədə məlumatlar vurğulanmışdır. Həmçinin bildirilib ki, Azərbaycanın dövlət sərhədlərində qarşı tərəflərlə koordinasiyalı şəkildə birgə gömrük nəzarəti mexanizminin tətbiq olunması Dövlət Gömrük Komitəsinin prioritet hədəflərinə daxildir və artıq bu istiqamətdə bir sıra zəruri işlər başa çatdırılmışdır.

 Sonra iclasda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun üzvü, AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Aqil Eyvazov cıxışında İqtisadiyyat İnstitutunda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda aparılan tədqiqatlar barədə geniş məlumat verib. Dövlət Gömrük Komtəsinin sədr müavini Cavad Qasımov bu sahədə İnstitutumuzla əməkdaşlığa və araşdırmaların nəticələrinin mübadiləsinə, qarşılıqlı müzakirələrə hazır olduqlarını bildirib (economics.com.az).