Horizon 2020 Proqramı çərçivəsində Milli Əlaqələndirici Şəxslərin görüşü keçirilib
- Oxunub 593 dəfə
Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində Maria Sklodovska-Küri proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin 11-ci görüşü Brussel şəhərində keçirilib. Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, Horizon 2020 Proqramı çərçivəsində Sənətkarlıq, Təlim və karyeranın inkişafı üzrə Mari Skladovskaya Küri Təqaüd Proqramı istiqaməti üzrə milli əlaqələndirici, t.ü.f.d. Zaur Həsənov və AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Maliyyə aspektləri istiqaməti üzrə milli əlaqələndirici, i.ü.f.d. Rüfət Efendiyev iştirak ediblər.
Maria Sklodovska-Küri Proqramının rəhbəri Claire Morel çərçivə proqramlarının növbəti mərhələsi olan Horizon Europe üzrə perspektivlərdən söz açıb. Tədbirdə Avropa Komissiyasının Tədqiqat Agentliyinin nümayəndələri bu program çərçivəsində təcrübəli tədqiqatçılar və PhD tələbələr üçün 2 illik ezamiyyət proqramları haqqında ətraflı məlumat veriblər. Tədqiqat və İnnovasiya üzrə Əməkdaşların Mübadiləsi (RISE) proqramları üzrə 2019-cu il üçün hesabatı dinlənilib, 2020-ci il üçün perspektivlər diqqətə çatdırılıb. Tədqiqat Agentliyinin nümayəndələri Avropanın Euraxess proqramı və onun Cənubi Qafqazda gələcək fəaliyyəti, həmçinin Avropanın Erasmus+ təhsil proqramının Maria Sklodovska-Küri proqramı ilə gələcək əməkdaşlığı və birgə layihələr ilə əlaqəli müzakirələr aparıblar.