Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda konfrans keçirilib

  • Oxunub 692 dəfə

Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak ediblər

  Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Respublikasının Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Kanq Şin-Uok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op açılış nitqi ilə çıxış ediblər.

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri, iqtisad üzrə fəlsəfə doktorları Yunus Sadıqov və Emin Məmmədzadə də iştirak ediblər.

 Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib, komitədə 2 ədəd server avadanlığı quraşdırılıb, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. İkinci layihə hesabına isə Komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılıb, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Statistika Komitəsinin 34 əməkdaşına Koreyada, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçilib, eyni zamanda, ölkəmiz üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları hazırlanıb.

 Konfrans çərçivəsində Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.