Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc alimlər bayram günlərini qeyd ediblər

  • Oxunub 765 dəfə

 Dekabrın 30-da AMEA İqtisadiyyat İnstitutunda Gənc Alimlər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə İnstitutun direktoru, professor Nazim Müzəffərli, şöbə müdiri, prof. Akif Musayev də iştirak ediblər.

 Toplantıda 2019-cu ildə gənc tədqiqatçıların elmi fəaliyyəti müzakirə edilib, uğurları qeyd olunub, 2020-ci il üzrə əsas hədəflər, görüləcək işlər, həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən də son illər AMEA-da gənc alim və tədqiqatçılara yaradılan şəraitdən, mövcud imkanlardan faydalanmaqla elmi tədqiqat işlərinin aparılması, yerli və beynəlxalq konfranslarda iştirak, elmi məqalələrin nəşri, dissertasiyaların yazılması və müdafiəsi ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.