Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə olunub

  • Oxunub 659 dəfə

 Fevralın 21-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın 2020-ci ildə ilk iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.

  İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 36 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənmişdir. Bir neçə dissertasiya işlərinin mövzuları isə ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclasda təkrarən baxılacaq (economics.com.az).