Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

  • Oxunub 741 dəfə

 Martın 6-da AMEA İqtisadiyyat İnstitutunda  8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli İnstitutun xanım əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb, can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

  AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, kadrlar şöbəsinin müdiri Yulduz Əliyeva, prof. Gülşən Yüzbaşıyeva, prof. Rəna Sultanova və digər çıxış edənlər Azərbaycan cəmiyyətində aparıcı rola malik qadınların ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində fəal iştirakından, nailiyyətlərindən danışıblar. Ailə institutunun möhkəmlənməsində xanımların rolunun mühüm olduğunu xüsusilə qeyd ediblər.

 Tədbirin sonunda İnstitutun bütün xanım əməkdaşlarına AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatının (HT) adından hədiyyələr təqdim olunub.  Tədbirin təşkilatçılarına, Həmkarlar Təşkilatına, xüsusən də HT komitəsinin üzvü Ülkər  Məmmədovaya  minnətdarlıq bildirilib (economics.com.az).