Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı Naxçıvan Dövlət Universitetində elmi konfransda çıxış edib

  • Oxunub 556 dəfə

 Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” adlı respublika elmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə Universitetin rektoru Elbrus İsayev açıb, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

 Konfranda alimlər çıxışlar edib, məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Təbriz Yadigarov “Dəniz nəqliyyatının iqtisadi artıma təsirinin qiymətləndirilməsi” mövzusundakı çıxışında bildirib ki, dünyanın mühüm qlobal problemlərindən olan qədim İpək yolunun bərpası və Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb kimi iki böyük nəqliyyat qovşağında yerləşməsi Azərbaycanda dəniz nəqliyyatının inkişafını şərtləndirir. Belə ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin üç böyük marşrutlarından biri  Transxəzərdir ki, onun fəaliyyəti də birbaşa dəniz nəqliyyatı ilə əlaqədardır.

 Sonda plenar iclasın iştirakçılarına rektor tərəfindən sertifikatlar təqdim edilib. Konfrans innovasiya yönümlü iqtisadiyyat, iqtisadiyyat və idarəetmə, xarici iqtisadi əlaqələr və innovasiya adlı bölmə iclasları ilə davam edib .