Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda magistrantlar üçün onlayn dərslər təşkil olunub

  • Oxunub 917 dəfə

 AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamına əsasən, AMEA İqtisadiyyat İnstitutunda I kurs magistrantlara martın 29-dan başlayaraq dərslər distant formada tədris olunur.

 İnstitutun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq keçirilir. Magistrantlar mühazirə və təqdimatların elektron variantını e-mail vasitəsilə əldə edirlər. Həmçinin mütəmadi olaraq dərslərin gedişatı haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərə nəzarət edilir. Habelə AMEA-nın Elm və Təhsil Baş İdarəsinə institutda distant təhsilin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarətindədir (economics.com.az).