Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi Şuranın online iclası keçirilib

  • Oxunub 950 dəfə

 İyunun 10-da İqtisadi-riyazi Modelləşdirmə üzrə AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Elmi Şurasının  növbəti  iclası online rejimdə keçirilmişdir. Şuranın sədri,  AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən iclasda  yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydiyyata  alınmışdır.

İqtisadi-riyazi modeıləşdirmə üzrə Elmi Şuranın iclasında 2 elmlər doktoru və 5 fəlsəfə doktoru proqramı üzrə ümumilikdə 7 dissertasiya mövzusu müzakirəyə çıxarılmışdır. Bunlardan 2 nəfəri AMEA İqtisadiyyat İnstitutunun, 4 nəfəri AMEA İdarəetmə Sistemləri İnstitutunun, 1 nəfəri isə Bakı Dövlət Universitetinin  doktorant və dissertantlarıdır.