AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları Türkiyədə keçirilən onlayn konfransa qatılıblar
- Oxunub 1065 dəfə
İyunun 25-də AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları - dosent Mayis Gülalıyev, dosent Gülsurə Mehdiyeva və böyük elmi işçi Gülnarə Məmmədova Türkiyənin Abdulla Gül Universitetinin təşkilatçılığı ilə onlayn formada keçirilən “İqtisadiyyat, Enerji və Ətraf mühit üzrə Beynəlxalq Konfrans”da iştirak ediblər.
Bu il aprelin 21-23-də Kapodossiya şəhərində keçirilməsi planlaşdırılan konfrans 25-27 iyun tarixinə təxirə salınaraq onlayn baş tutub. Konfransda AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, dos. M. Gülalıyev və b.e.i. G.Məmmədova “Elektrik enerjisi üzərində təbii monopoliya şəraitində Covid-19 pandemiyasının iqtisadi və ekoloji təsirləri”, İnstitutun “Təhsil” şöbəsinin müdiri, dos. G.Mehdiyeva isə “Enerji balansının diversifikasiyası dərəcəsi: Azərbaycan timsalında” mövzusunda məruzə ilə çıxış ediblər (economics.com.az).