Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə edilib

  • Oxunub 2893 dəfə

 İyulun 1-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn formada iclası keçirilmişdir.

  Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.

  İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova bildirib ki, iclasda AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilib, bir sıra mövzulara redaktə xarakterli dəyişikliklərdən sonra təsdiqlənib (economics.com.az).