Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun gənc alimləri “COIA-2020” beynəlxalq konfransında iştirak ediblər

  • Oxunub 1331 dəfə

 Avqustun 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfrans (COIA-2020) onlayn formatda keçirilib. Məqsəd tədqiqatçıların və tələbələrin fikir mübadiləsi aparması, əldə olunan nəticələrin müzakirə edilməsi üçün sənaye mütəxəssisləri ilə görüşün baş tutacağı vahid platforma yaratmaqdır.

 “COIA-2020” onlayn konfransı “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” mövzularını əhatə edir. Üç üç gün davam edəcək konfransda idarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar iclaslarda tanınmış alimlər tərəfindən təqdim edilir.

 Konfransda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – i.f.d., dos. Ramil Əliyev “Sənaye müəssisələrinin maliyyə dayanıqlılığının təmin olunmasında balans likvidliyinin rolu” və i.f.d. Vilayət Ramazanov “Aqrar sahənin sənaye təyinatlı istehsallarında dövriyyə aktivlərinin likvidliyinin qiymətləndirilməsi meyarları” (dos. R.Əliyevlə birgə) mövzularında çıxış ediblər.

 Konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib, 300-ə qədər məqalə daxil olub, 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirlər.