Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar keçirilib

  • Oxunub 411 dəfə

 Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə vebinar keçirib. 

  Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva giriş sözü ilə çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib. Sonra i.f.d., dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçı Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxış ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları da cavablandırıblar.

 Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir Dövlət Universiteti və s.) tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər (economics.com.az).