Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri İqtisadiyyat Nazirliyinin İşçi Qrupunun iclasında iştirak edib

  • Oxunub 386 dəfə

 Noyabrın 13-də İqtisadiyyat Nazirliyində “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 3.2. maddəsinin və “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 16 oktyabr 2020-ci il tarixli əmri ilə minimum istehlak səbətinin tərkibinə və yaşayış minimumu metodikasına yenidən baxılması ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilmişdir.

  İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın sədrliyi ilə baş tutan iclasda AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva da iştirak etmişdir.

 İşçi Qrupunun toplantısında minimum istehlak səbətinin tərkibinə yenidən baxılması, yaşayış minimunun hesablanması üzrə ekspert üsulundan xərclər metodu əsasında ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələrinə əsaslanan davranış modelinə keçidin tətbiqi, Azərbaycanda nisbi yoxsulluq göstəricisinin müəyyən edilməsi məsələləri müzakirə olunmuşdur (economics.com.az).