İqtisadi-riyazi Modelləşdirmə üzrə Elmi Şuranın online iclası keçirilmişdir
- Oxunub 479 dəfə
28 oktyabr 2020-ci il tarixində İqtisadi-riyazi Modelləşdirmə üzrə AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Elmi Şurasının növbəti iclası online rejimdə keçirilmişdir. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir.
İclasda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən, iqtisad elmləri doktoru Arzu Hüseynova da iştirak etmişdir.
İqtisadi-riyazi modeıləşdirmə üzrə Elmi Şuranın iclasında altı dissertasiya mövzusu müzakirə olunmuşdur ki, bunlardan üçü elmlər doktoru, qalanları isə fəlsəfə doktoru proqramı üzrədir. Mövzulardan birinn dəqiqləşdirilməsinə ehtiyac olduğu təklif edilmiş, qalanlarının isə təsdiq edilməsi barədə qərar verilmişdir.
Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən iqtisad elmləri doktoru Hüseynova Arzu Doğru qızının Elmi şuranın tərkibinə daxil edilməsi haqqında AMEA Rəyasət Heyətində məsələ qaldırılmasını təklif vermiş və Şura bu barədə qərar qəbul etmişdir.