Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə olunub

  • Oxunub 386 dəfə

 Dekabrın 4-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir.

  İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Yunus Sadıqov bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 19 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilmiş, onlardan 17-si təsdiqlənmiş, 2-nə növbəti iclaslarda təkrarən baxılacaqdır (economics.com.az).