Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda magistrlərin qış imtahan sessiyası keçirilir

  • Oxunub 507 dəfə

 AMEA-nın İqtisadiyyat İnstitutunda 2020/2021-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyasına start verilib.

  Yanvarın 5-də “Zoom” platforması vasitəsilə II kursda təhsil alan magistr Aysel Qədirova “Sosial sfera və sosial təminatın dövlət tənzimlənməsi” fənnindən imtahan verib və yüksək qiymət alıb.

 İmtahanda fənn müəllimi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva və İnstitutun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva iştirak ediblər.

Yanvar ayı arzində magistrlərin növbəti imtahanlarının da keçirilməsi nəzərdə tutulur (economics.com.az).