İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir
- Oxunub 429 dəfə
Yanvarın 27-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın növbəti onlayn iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir.
İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Yunus Sadıqov economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin 15 nəfər fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənmişdir (economics.com.az).