Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclası keçirilib
- Oxunub 438 dəfə
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Xarici ticarət və ticarət tarifləri” üzrə İşçi qrupun 5 mart 2021-ci il tarixində iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupunun üzvləri iştirak etmişdir. Tədbirdə İşçi Qrupunun 2021-ci il üçün fəaliyyət planın icrası müzakirə edilmişdir. Fəaliyyət planının icrası ilə bağlı İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri təqdimatla çıxış etmişdir.
İclasda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d. Fuad Qənbərov iştirak etmişdir. Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev reytinq təşkilatlarında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı nəzəri araşdırmalara ehtiyac olduğunu və bu işdə AMEA İqtisadiyyat İnstitutunun rolunun mühüm olduğunu qeyd etmişdir. F.Qənbərov İqtisadiyyat İnstitunun araşdırmaları ilə bağlı məlumat verib və gələcəkdə daha sıx əməkdaşlıqla bağlı müzakirələr aparılmışdır (economics.com.az).