Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Texnologiya və innovasiyalar” üzrə işçi qrupunun iclası keçirilib

  • Oxunub 411 dəfə

 Martın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” üzrə İşçi qrupunun iclası keçirilmişdir.

  İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupunun üzvləri iştirak etmişdir. İclasda işçi qrupunun rəhbəri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun sədrliyi ilə 2021-ci il üçün Fəaliyyət Planının icrası müzakirə olunub.

 Tədbirdə işçi qrupunun üzvü AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini i.f.d., dos. Allahyar Muradov çıxış edib. A.Muradov İqtisadiyyat İnstitunun 2019-2021-ci illər üçün elmi tədqiqat mövzusunun “Beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri” olduğunu bildirib. O “Qlobal innovasiya indeksi”ndə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı AMEA-nın üzrinə düşən öhdəliklər və görülməsi zəruri olan işlər haqqında məlumat verib.