“Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası keçirilib
- Oxunub 457 dəfə
Martın 11-də Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun onlayn formatda iclası keçirilib.
Toplantıda “2021-ci il üçün Fəaliyyət Planının cari ilin yanvar-fevral aylarında icra vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılmışdır. AMEA İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev işçi qrupunun iclasında iştirak etmişdir.