Əmək bazarı işçi qrupunun onlayn iclası keçirilib
- Oxunub 500 dəfə
AMEA İaqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası Əmək bazarı işçi qrupunun 06 aprel 2021-ci il tarixli onlayn iclasında iştirak etmişdir.
İclası İşçi qrupunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov açaraq gündəlik barədə məlumat vermişdir. İclasda Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Əmək bazarı işçi qrupunun 2020-ci il üçün fəaliyyət planının 4-cü rüb üzrə hesabatı müzakirə olunmuşdur. İclasda, həmçinin “Əmək bazarı işçi qrupu”nun 2021-ci il üçün fəaliyyət planında nəzərdə tutulmuş Qlobal Rəqabətlilik Hesabatının 8.06 meyarı olan içilərin hüquqlarına dair “ITUC Global Rights Index” hesabatına dair hazırlanmış arayış, Azərbaycanın həmin reytinqə daxil edilməsi imkanları, əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədi ilə peşə təhsili sisteminin inkişaf edən iqtisadiyyatın və işəgötürənin tələblərinə uyğunlaşdırılması, inkluziv məşğulluğun inkişaf etdirilməsi, korporativ idarəetmə sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi, yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. R.S.Abdullayeva İşçi qrupun iclasında çıxış edərək müzakirə olunan məsələlərlə bağlı müvafiq təkliflər vermişdir (economics.com.az).