Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda yerli özünüidarəetmənin maliyyə təminatının yaxşılaşdırılması istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 413 dəfə

 İyunun 11-də AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə Dissertasiya Şurasının iclası keçirilib. Toplantıda bir sıra təşkilati məsələlərə baxılıb.

 Sonra Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə iclasda Məmmədli Vüqar Əhməd oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Azərbaycanda yerli özünüidarəetmənin maliyyə təminatının yaxşılaşdırılması istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər professor Fizuli Məmmədov). Dissertasiya işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Maliyyə və iqtisadi nəzəriyyə” kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra V.Məmmədli dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professor Məhəbbət Məmmədov, i.f.d., dos. Kamran Abdullayev və i.f.d., dos. Samirə Əhmədovanın rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda V.Məmmədlinin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat

Dissertasiya