İqtisadiyyat İnstitutunda magistrlik dissertasiya işi uğurla müdafiə edildi
- Oxunub 439 dəfə
İyunun 16-da AMEA İqtisadiyyat İnstitutunda magistirlik dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasının iclası keçirilib.
Professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən iclasda İnstitutun II kurs magistirantı Aysel Qədirova magistr dərəcəsi almaq üçün təqdim etdiyi “Elmin qloballaşması ilə inkişafı arasındakı asılılığın qiymətləndirilməsi” mövzusunda magistr dissertasiyasını (elmi rəhbər i.f.d., dos. A.Muradov) uğurla müdafiə edib. İxtisaslaşmış Müdafiə Şurasının üzvləri dissertasiya işinə yüksək qiymət veriblər.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərlinin müvafiq əmrinə əsasən magistirlik dissertasiyasının müdafiəsi məqsədilə aşağıdakı tərkibdə İxtisaslaşdırılmış Müdafiə Şurası təşkil edilib:
1. i.e.d., prof. Müşfiq Atakişiyev - sədr
2. i.f.d., dos. Asif Mustafayev – sədr müavini
3. i.f.d., dos. Allahyar Muradov – üzv
4. r.f.d., dos. Rəvanə Davudova - üzv
5. i.f.d., dos. Tariyel Qurbanov - üzv
6. i.f.d., dos. Rəsmiyyə Abdullayeva - üzv
7. f-r.f.d., dos. Gülsurə Mehdiyeva – elmi katib