Elmi Seminarda “Qlobal maliyyə böhranları şəraitində Azərbaycan pul-bank sisteminin tənzimlənməsi” mövzusunda dissertasiya işi müzakirə olunub
- Oxunub 463 dəfə
İyunun 24-də AMEA İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda İsmayılova Fidan Eldar qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qlobal maliyyə böhranları şəraitində Azərbaycan pul-bank sisteminin tənzimlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. F.İsmayılova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professor Xatirə Hüseynova, i.f.d., dos. Samirə Əhmədova) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).