AMEA İqtisadiyyat İnstitutunda ixtisas üzrə doktorluq imtahanları keçirilib
- Oxunub 506 dəfə
İyulun 8-də AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə izləyib.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrlik etdiyi birinci imtahan komissiyasına i.e.d., prof. Rəna Sultanova, i.f.d., dos. Rəsmiyyə Abdullayeva, i.f.d. Sevda Seyidova və f-r.f.d., dos. Gülsurə Mehdiyeva daxil ediliblər. AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq şəraitində baş tutan imtahanda iki ixtisas üzrə 3 nəfər iştirak edib və komissiyanın qiymətləndirməsi əsasında hər biri yüksək qiymət alıblar.
Günün ikinci yarısında daha bir imtahan keçirilib. İqtisad elmləri doktoru, professor Fuad Qənbərovun sədrlik etdiyi birinci imtahan komissiyasına i.e.d. Seyfəddin Səməndərov, i.e.d. Sevda Mikayılova, i.f.d. Təbriz Yadigarov və f-r.f.d., dos. Gülsurə Mehdiyeva daxil ediliblər. Şəffaflıq şəraitində baş tutan imtahanda üç ixtisas üzrə 3 nəfər iştirak edib və komissiyanın qiymətləndirməsi əsasında hər biri yüksək qiymət alıblar (economics.com.az).