Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda ixtisas üzrə növbəti doktorluq imtahanları keçirilib

  • Oxunub 449 dəfə

 İyulun 9-da AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə izləyib.

 İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin sədrlik etdiyi birinci imtahan komissiyası üzrə şəffaflıq şəraitində baş tutan imtahanda iki ixtisas üzrə 6 nəfər iştirak edib və komissiyanın qiymətləndirməsinin nəticələri açıqlanıb.

 Günün ikinci yarısında daha iki imtahan keçirilib. İqtisad elmləri doktoru, professor Akif Musayevin sədrlik etdiyi imtahan komissiyası üzrə 1 ixtisas üzrə 1 nəfər, i.e.d., professor Murad Tağıyevin sədrlik etdiyi imtahan komissiyası üzrə isə 1 ixtisas üzrə 1 nəfər imtahan verib. Şəffaflıq şəraitində baş tutan imtahanlardan dərhal sonra komissiyanın qiymətləndirməsinin nəticələri elan edilib (economics.com.az).