Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri ÜST-ün təşkil etdiyi vebinarda iştirak edib

  • Oxunub 385 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə “Rehabilitation in Health Financing: Regional Webinar Series” mövzusunda keçirilən vebinarda iştirak etmişdir.

 Vebinarda müxtəlif ölkələrdə (Cənubi Koreya, Malayziya, Nepal, Gürcüstan, Ukrayna, Tacikstan, Cənubi Afrika Respublikası və s.) reablitasiyanın maliyyələşməsinin mövcud vəziyyəti haqqında məlumat verilmiş, müzakirələr aparılmışdır. Tədbirdə, həmçinin ölkəmizdə də reablitasiya xərcləri, əllillərin müalicəsi və digər məsələlər müzakirə edilmişdir (economics.com.az).