Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbələrinin birgə iclasında doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

  • Oxunub 476 dəfə

 Sentyabrın 10-da AMEA İqtisadiyyat  İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisad fikir tarixi”  və “Maliyyə, pul-kredit” şöbələrinin birgə iclasında İbrahimov Elşən Əli oğlunun (5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə) iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İqtisadiyyatın davamlı inkişafının maliyyə mənbələrindən səmərəli istifadənin konseptual əsasları” adlı doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

 İ.e.d., professor Gülşən Yüzbaşıyevanın sədrlik etdiyi iclasda iddiaçı barədə məlumat verildikdən sonra E.İbrahimov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.

 İşlə bağlı rəyçilər – i.e.d., professorlar Hacıağa Rüstəmbəyov, Mirələm Həsənli və Seyfəddin Səməndərov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və tövsiyələrini səsləndirdilər. E.İbrahimov ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan  geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).